Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

renessans

fr. renaissance – dirçəliş; renaitre – dirçəlmək

Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü; intibah.

Renessansın təxmini xronoloji sərhədləri: İtaliyada XIV-XVI əsrlər, digər ölkələrdə XV əsrin sonu – XVI əsr sayılır. Renessans mədəniyyətinin mühüm xüsusiyyətləri onun dünyəvi xarakter daşımasında, humanist dünyagörüşü, antik mədəni irsə müraciəti və onu sanki “dirçəltməsindədir”. Bir çox tarixçilər hesab edirlər ki, renessans dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Floren­siyadan, Dante Aligyeri (1265-1321) və Françesko Petrarkanın (1304-1374) yazılarından götürür. Hələ İtaliya humanistlərinin əsərlərində təsadüf edilən bu termin elmdə XVIII əsrdən bərqərar olub.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti