Qədim türklərdə yas mərasimlərində musiqinin müşayiəti ilə oxunan lirik şeir; ağı, edi.
Yoğ və ya yığ şəklində də işlədilir. İslamdan öncə əksər türk xalqlarında vəfat edәn mәşhur qәhrәmanlar üçün elliklə ağlayıb matәm saxlamaq bir adәt idi. Bu tәziyә mәrasiminә Y. (yuğlamaq – “ağlamaq” sözündәn) deyirdilәr. Yuğçular ağı deyənlər, ediçilər idi, qopuz çalar, rəqs edərdilər. “Y.” sözünә ölü üçün yas saxlamaq mәnasında mәşhur Gültәkin abidәlәrindә rast gәlmәk olur. Bu barədə M.Kaşğarlının “Divanü lüğat-it-türk” əsərində də məlumat vardır. Y. etno-mədəni oyun-tamaşalarının bir növü sayılır. Y. toplantısı üçün camaat bir yerə cəm olurdu. Xüsusi qonaqlıq mərasimi düzəldilirdi, məclisə məşhur yuğçular çağırılırdı. Adətə görə, Y. mərasimini təqdim edən oyunçular beş dəstədən ibarət olurdular: qılıncoynadanlar, çalğıçılar, müğənnilər, ağıçı qadınlar və kişilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTürk dastan yaradıcılığında aşığın söylədiyi giriş hissə, süjet başlanğıcı.
Pişrovdan fərqli olaraq Y. dastanın süjetinə daxildir və nəsrlə verilir. Nümunə: Aşıq Qərib dastanı belə başlayır. “Sizə kimdən deyim, nə yerdən danışım. Təbriz vilayətindən. Təbriz vilayətində Məmməd Söydəgar adında bir kişi vardı. Bunun dünya üzərində bir qızı, iki oğlu vardı. Böyük oğlunun adı Rəsul, kiçiyinin adı Heydər idi. Qızının adı isə Nərgiz xanım idi. Məmməd Söydəgar bir müddət ticarətlə məşğul oldu. O, övladlarını öz tərbiyəsi altında böyüdüb hərəsini müəyyən yaşa yetirdikdən sonra bunları məktəbə qoydu...”
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti