Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

pişrov

fars. – qabaqda gedən

Nağıl danışılan zaman din­ləyicinin diqqətini cəlb etmək üçün әvvәldә söylәnәn mәzәli parça; nağılbaşı.

Nağılların sabit forma əlamətləri var. Onlar, bir qayda olaraq, pişrov adlanan və nəzm şəklində olan kiçik müqəddimə ilə başlanır. Pişrov nağılın süjeti və məz­munu ilə səsləşmir. Eyni pişrov müxtəlif nağılların əvvəlində işlənə bilər. Pişrovlar  ritmik və qafiyəli olduğu üçün daha çox dinləyicinin diqqətini çəkmək məqsədilə deyilirdi. Məsələn:

Hamam, hamam içində,

Xəlbir saman içində.

Dəvə dəlləklik eylər,

Köhnə hamam içində.

Qarışqa şıllaq atdı,

Dəvənin budu batdı.

Hamamçının tası yox,

Baltaçının baltası.

Orda bir tazı gördüm,

Onun da xaltası yox.

Pişrovda hәm didaktika, həm yumor, həm də lağlağı ünsürlәri olur. Pişrov bitdikdən sonra nağılın özü başlayır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti