Şifahi ədəbiyyatda deyilənin həqiqət olduğunu nəzərə çarpdırmaq üçün obrazın istifadə etdiyi deyim, söyləmə, etiket.
Bəzən “And-qəsəm” kimi işlədilən bu ifadə Kərkük folklorunda “yemin” də adlandırılır. A.-ların məzmunu çox zaman mifik və dini təsəvvürlərlə bağlı olur: “İşığa kor baxım!”, “Çörək haqqı!”. “Kitabi-Dədə Qorqud” dastanlarında silah kultu ilə bağlı A.-lara da rast gəlmək mümkündür: “Oxumla oxlanayım!”, “Qılıncımla doğranayım”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti