M.s. I–IV əsrlərdə yaranmış qədim yunan və Roma ədəbiyyatı janrı.
Yunanların özləri bu əsərləri “əməllər”, “hekayələr” və ya “kitablar” adlandırırdılar. İlk dəfə onlara A.R. termini 1670-ci ildə Pyer-Daniel Yue tərəfindən şamil edilib. Günümüzə qədər gəlib çıxmış 5 yunan romanı (Lonqun “Dafnis və Xloya”, Heliodorun “Efiopika” və s.) kanon təşkil edir. Şərti tarixi və rəvayət xarakteri daşıyan əsərlər (məs.: Makedoniyalı İsgəndər, Troya haqqında), habelə Qədim Roma ədəbiyyatı nümunələri olan “Metamorfozlar” (Apuley), “Satirikon” (Petroni) da roman adlandırılır. Müxtəlif janr xüsusiyyətlərinə malik olan bu əsərləri birləşdirən onların orta əsrlər və yeni dövr romanının genezisində oynadıqları roldur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti