Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

novatorluq

lat. novator – yeniləşdirən, bərpa edən

Sə­nətdə forma vә mәzmun baxımından yenilik.

Ədəbiyyat və incəsənətdə mövcud olan yaradıcılıq ənənələrinə yeni baxış, yaradıcılığın yüksək forması kimi təzahür edir. Ədə­biyyatda “bani” və “novator” anlayışlarını fərqləndirmək lazım gəlir. Yeni bir janrın və ya cərəyanın əsasını qoyanlar bani, bu sa­həyə keyfiyyət dəyişikliyi gətirən, onu təkmilləşdirənlər isə novator adlandırılır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti