Müәyyәn bir sәyahәti әks etdirәn epik әsәr; yol qeydləri.
Səyahətnaməlәrdә zәngin faktik materialla bir sırada yazıçının şәxsi müşahidәlәrinә, onun müxtәlif problemlәr haqqındakı mülahizә vә qәnaətlәrinә dә geniş yer verilir. Әhvalat birinci şәxsin dilindәn, bir çox hallarda gündәlik şәklindә verilir. A.Puşkinin “Әrzuruma sәyahәt”, Zeynalabdin Marağalının “İbrahimbәyin sәyahәtnamәsi” әsәrlәrini səyahətnaməyə misal göstәrmәk olar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti