Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədii metod

Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının əsas prinsip və üsulları.

Bədii metodun müəyyənləşdirilməsində sənətkarın həyata münasibətinin, onu bədii obrazlar vasitəsilə əks etdirməsinin tipi və üsulu əsas rol oynayır. Üslubla metod arasında bağlılıq var, lakin bu bədii-estetik kateqoriyaları fərqləndirmək lazım gəlir. Üslub bədii ifadə və təsvir vasitələrini ifadə etdiyi halda, metod sənətkarın məfkurə, ideya-bədii konsepsiyasının əsaslarını ifadə edir. Metod üslub üçün təyinedicidir. Bədii metodun iki tipi mövcuddur: romantizmrealizm.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti