XX əsrin ortalarında Qərb ədəbiyyatında yayılmış modernist nəsrin növlərindən biri; yeni roman, alternativ roman.
A. müəllifləri klassik realist roman ənənələrindən imtina edirdilər. Burada hadisələrdəki bütövlük itir, zaman anlayışı pozulur, əsərin qəhrəmanları adiləşir və daha çox söz oyununa yer verilir. İrlandiya yazıçısı Ceyms Coysun “Uliss” romanı A.-a nümunə ola bilər. İngilis yazarı Virciniya Vulf da “Xanım Deloy”, “Dalğalar” əsəri ilə bu ənənəni davam etdirənlərdəndir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti