Haqqında danışılana aid hərəkət və ya hökmü bildirən cümlə üzvü.
Xəbər və mübtəda cümlənin qrammatik əsasını təşkil edən baş üzvlərdir; məs.: Göyərçinlər evlərin damında yuva qurmuşlar. Xəbər nitq hissələri, söz birləşmələri, məsdər, feili sifət tərkibləri, frazeoloji birləşmələr, təsriflənən feillər və s. ilə ifadə olunur; məs.: Uşaqlar həyətdə oynayırdılar. Azərbaycanın elm mərkəzlərindən biri AMEA-dır. Bu şagird məktəbi təzə bitirənlərdəndir. Xəbər ifadə vasitələrinə görə iki cür olur: feili xəbər, ismi xəbər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədə əvəzlik-qəliblə ifadə olunmuş xəbəri izah edən və xəbərin suallarına cavab olan budaq cümlə.
Xəbər budaq cümləsinin iki tipi vardır: 1. Budaq cümlə baş cümlədən qabaq işlənir və tərkibində bağlayıcı söz (kim, hər kim, hər kəs, nə, hər nə, necə, nə cür) iştirak edir: Kəssə hər kəs (bağlayıcı söz) tökülən qan izini, Qurtaran dahi odur (əvəzlik-qəlib) yer üzünü (H.Cavid). 2. Əvvəl baş cümlə gəlir və budaq cümlə ona bağlanır. Baş cümlənin xəbəri müxtəlif formalarda işlənən odur, budur, elədir, belədir, o oldu, bu oldu, ona görədir, buna görədir və s. əvəzlik-qəliblərindən ibarət olur; məs.: Tələbim də bu oldu ki, Bakıdan komissiya gəlib bizim işimizi yoxlasın (Ə.Vəliyev); Bəlkə, bu ona görədir ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var (M.Cəlal).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiXəfif bəhrinin iki növü var. Birinci növ fəal, ikinci növ passiv xəfif adlandırılır. Fəal xəfif fə`ilAtün məfA`ilün fə`ilün təfiləsindədir; məs.: Qoca Qafqaz /, adında var/ əzəmət (İ.Cəfərpur). Passiv xəfif fA`ilAtün məfA`ilün fə`ilAtün təfiləsindədir; məs.: Düşməni-duni nabəkarə bəlayəm (M.Füzuli). Birinci növ xəfif bəhrinə “Həft peykər” vəzni, ikinci növ xəfif bəhrinə “Füzuli xəfifi” də deyilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq, eləcə də Azərbaycan poeziyasında beş poemadan ibarət mənzum əsərlər toplusu.
İlk xəmsə (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) müəllifi Nizami Gəncəvi olub. Onun poemalar toplusuna özündən sonra “xəmsə” adı verilib. N.Gəncəvidən sonra hind şairi Əmir Xosrov Dəhləvi, fars-tacik şairi Əbdürrəhman Cami, özbək şairi Əlişir Nəvai xəmsə yaradıblar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞair və yazıçıların əsərlərini (əsasən, nəzm əsərlərini) nəfis xətlə köçürüb yayan şəxs.
Çap üsulu ixtira edilənə qədər kitablar xəttatlar vasitəsilə köçürülüb çoxaldılırdı. Orta əsrlərdə yazılmış bir çox əsərlərin geniş yayılmasında və bu günə gəlib çatmasında xəttatların böyük rolu olub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİraq türkmənlərində lirik şeir şəkli.
Bəzi mənbələrdə “xoryat”, “qoyrat”, “qoryat” kimi də adlandırılır. Adətən, mahnı kimi oxunur. Bir çox cəhətdən bayatıya oxşayır. Bayatının ilk misrasındakı “əzizim”, “əziziyəm”, “mən aşiq” sözləri xoyratda bəzən “Әsmərim”, “Әsmərin” sözləri şəklində işlədilir; məs.:
Əsmərim biçin, biçin,
Ölürəm Əsmər üçün,
Aləm mənə düşməndir
Əsməri sevdiyimçün.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüəllifi bilinməyən mərasim və etno-mədəni tamaşa-oyunların bədii mətni.
Bu oyunlar daha çox komik-didaktik xarakterli olur. Xalq ruhunu, xalqın arzu və istəklərini əks etdirən primitiv kompozisiyalı pyeslərdir. Azərbaycanda X.D.-nın bir çox nümunələri bu günümüzə qədər gəlib çıxıb; məs.: “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Hambal və xanım”, “Lotu Qara və molla”, “Keçəl Sərvətalı” və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. charakter – əlamət, fərqli xüsusiyyət
Bədii əsərdə surətin hərəkət və davranışında, həyat hadisələrinə yanaşmasında təzahür edən fərdi xüsusiyyətlərin məcmusu.
Hər bir xarakter müəyyən ümumbəşəri dəyərlərin daşıyıcısı olmaqla yanaşı, yalnız onu səciyyələndirən bir sıra fərdi cəhətlərə malik olur. Bu baxımdan müəyyən janrlara məxsus əsərlərdəki (təmsil, hekayət) surətlər X. səviyyəsinə qalxa bilmir. Məsələn, bir çox təmsillərdə tülkü hiyləgərliyin, ayı axmaqlığın, dovşan qorxaqlığın təcəssümü kimi çıxış edir və heç bir fərdi xüsusiyyəti ilə yadda qalmır. Fərdiliyi, ziddiyyətli daxili aləmi ilə seçilən xarakterlər əsərdəki kolliziyanın yaradılmasında, ideyanın açılmasında böyük rol oynayır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti