Tabeli mürəkkəb cümlənin tərkibində baş cümləyə qrammatik cəhətdən tabe olan, ondan asılı olan hissə.
Budaq cümlə ya baş cümlənin buraxılmış (və ya əvəzlik-qəliblə ifadə olunmuş) bir üzvünün yerində işlənir, ya da baş cümlənin ümumi məzmunu ilə bağlı olur; məs.: Məktəbdə aparılan sorğu göstərdi ki, şagirdlərin çoxu hərbçi olmaq istəyir. Buradakı baş cümlədə (məktəbdə aparılan sorğu göstərdi ki) tamamlıq buraxılmışdır. Budaq cümlə (şagirdlərin çoxu hərbçi olmaq istəyir) buraxılmış tamamlığı əvəz etmişdir. Belə ki, bu mürəkkəb cümləni sadələşdirib budaq cümləni bütövlükdə feili sifət tərkibi şəklində tamamlıq yerində işlətmək olar: Məktəbdə aparılan sorğu şagirdlərin çoxunun hərbçi olmaq istədiyini (nəyi?) göstərdi.
See also: