Feilin təsriflənən formaları və feili bağlamadan başqa, digər nitq hissələri və söz birləşmələri ilə ifadə olunan xəbər.
Var, yox, lazım, gərək, mümkün, bəs sözləri də suala cavab vermədən müstəqil ismi xəbər ola bilir; məs.: Süfrədə cürbəcür yeməklər var idi. Arifə bir işarə də bəsdir. İsmi xəbər quruluşca iki cür olur: sadə ismi xəbər, mürəkkəb ismi xəbər. Sadə ismi xəbər nitq hissələri ilə ifadə olunur; məs.: Alnının qatları qırış-qırışdır (S.Vurğun). Mürəkkəb ismi xəbər isə söz birləşmələri ilə ifadə olunur; məs.: O zənən Uzun Həsənin anasıdır (F.Kərimzadə).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti