Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

cümlə üzvləri

Cümlədə sintaktik vəzifə daşıyan, digər sözlərlə məna və qrammatik cəhətdən əlaqələnən, müstəqil məna ifadə edən söz və söz birləşmələri.

Cümlədəki üzvlərin heç də hamısı digər sözlərlə əlaqələnmir. Cümlə üzvü olmağın əsas şərti tərkibində olduğu cümlənin üzvlərindən ən azı biri ilə sintaktik əlaqəyə girməkdir. Əgər belə əla­qələnmə yoxdursa, demək, həmin söz cümlə üzvü deyil. Cümlə üzvləri iki yerə bölünür: 1) baş üzvlər (mübtəda, xəbər); 2) ikincidərəcəli üzvlər (təyin, tamamlıq, zərflik). Quruluşuna görə cümlə üzvləri sadə və mürəkkəb olur. Sadə cümlə üzvləri nitq hissələri ilə, mürəkkəb cümlə üzvləri isə söz birləşməsi ilə ifadə olunur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti