Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bəbəkoyunu

Meydan tamaşalarının bir forması; müxtəlif növ bəbəklərlə (kuklalarla) göstərilən tamaşa.

B. meydanlarda, karvansaralarda, bazar qarşısında və camaatın sıx olduğu başqa yerlərdə oynanılırdı. Məşhur tamaşası “Keçəl pəhləvan”dır. Bu tamaşalarda istifadə olunan əsas kukla növləri qolçaq, müqəvva, güdü, kosagəlin, çömçəgəlin və s.-dir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti