Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hekayət

Didaktik məzmunlu, qısa süjetli epik əsər; pritça.

Daha çox Şərq ədəbiyyatına (Çin, hind, ərəb, fars, türk xalqları) xasdır. İrihəcmli didaktik əsərlərdə (“Qabusnamə”, N.Tusinin “Əxlaqi-Nasiri”, S.Şirazinin “Gülüstan”, N.Gəncəvinin “Sirlər xəzinəsi”, “Yeddi gözəl” əsərlərində) hər hansı fikri, ideyanı əsaslandırmaq üçün geniş istifadə olunur. Əsas xüsusiyyəti müəyyən etik-mənəvi dəyəri bariz ifadə etməkdir, bu baxımdan təmsilə bənzəyir. Hekayətdə obrazlar dərin, zid­­diyyətli xarakterə malik deyil və yalnız əsas ideyanın açıl­masına xidmət edir. Klassik hekayətlər, əsasən, anonim olur. Lakin bu janra bir çox müəlliflər də müraciət ediblər. L.Tolstoy, F.Kafka, J.P.Sartr, A.Kamyu və b. ideya-məzmun və formaca fərqli hekayətlər yazıblar.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti