Didaktik xarakter daşıyan kiçikhәcmli alleqorik әsər.
Dünya ədəbiyyatında ilk T. müəllifinin qədim yunan yazıçısı Ezop (M.ö. VI–V əsrlər) olduğu güman edilir. Avropada bu janrın ən görkəmli nümayəndəsi XVII əsr fransız yazıçısı J.Lafontendir. Şərqdə isə M.ö. I əsrdə yaşayıb-yaratmış hind ədibi Baydebanın “Kəlilə və Dimnə” adlı təmsillər toplusu məşhurdur. Alleqoriya T.-in əsas xüsusiyyətlərindən biridir: burada canlı və cansız varlıqlar şəxsləndirilir. Bu janrın digər mühüm xüsusiyyəti onun çox zaman komik və ya satirik məzmunda olmasıdır. T. nəsihətamiz əxlaqi-didaktik məzmunda olur və adətən, əsərin sonunda ideya açıq şəkildə ifadə olunur. Klassik Şərq ədəbiyyatında nəzmlə olan T.-lər, adətən, məsnəvi şəklində qafiyələnir. Azərbaycan ədəbiyyatında T. janrının ən görkəmli nümayəndələri Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, H.Ziya və b.-dır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti