Qəzəl və ya qəsidənin ərəb əlifbasına əsaslanan formal xüsusiyyətlərə malik poetik formalarından biri.
Əlif-lama yaxın bədii mətn formasıdır. Əlif-lamda beytlər əlifbaya uyğun şəkildə düzüldüyü halda, T.Ə.-da mətlə sonuncu hərflə – “yey” ilə başlanır.
Yey – yenə sığındım ol sübhana mən.
La əlif – la demədim ol xanə mən.
Vav – veylindən iraq olmaq üçün,
Ney – həmişə aşiqəm fürqana mən,
Nun – nə kim qıldım günah tutdum ümid,
Mim – Məhəmməd Mustafa sultanə mən. (İ.Nəsimi)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. müsəddəs sözünün fleksiyası
Klassik Azәrbaycan poeziyasında altımisralıq bəndlərdən ibarət şeir şәkli; müsəddəsin bir növü.
T. başqa bir şairin әsәrindәn istifadә yolu ilә yazılan müsәddәsdir. Bәndin ilk dörd misrası orijinaldır, sonuncu iki misra isә başqa şairin əsərindən götürülür. Bu zaman misralar arasında fikir ardıcıllığı pozulmamalıdır. Belə ki, iqtibas olunmuş misralar T. müəllifinin öz misralarını məzmunca tamamlamalıdır. M.Füzuli Hәbibinin mәşhur müsәddәsi әsasında T. yazıb:
... Әymiş hilali üstә tәrәfi-gülahini,
Çox dilşikәstәnin göyә yetirmiş ahini,
Zülfün dağıtdı, gizlәdi әbr içrә mahını,
Gördüm üzündә hәlqeyi zülfi-siyahıni,
Ol piçü tabı çox nә rәsәndir? – dedim, dedi:
– Dövrü-rüxümdә rişteyi-canundurur sәnin.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıq yaradıcılığında beşhecalı misralardan ibarət lirik şeir forması.
Qafiyə şəkli a.b.a.b, c.c.c.b, d.d.d.b, ... formasında olur; məsələn:
Dostluğun billəm,
Sən bizə gəlsən.
Dərdinnən ölləm,
Sən bizə gəlsən.
***
Ağlayıb-gülləm,
Göz yaşım silləm,
Qurban kəsilləm,
Sən bizə gəlsən.
***
Cümə, fanaram,
Dəymə, sınaram,
Fikrin qanaram,
Sən bizə gəlsən. (Molla Cümə)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCansız varlıqların və heyvanların insan dili ilə danışdırılması; alleqoriya.
Şəxsləndirməyə təşxis, cansızların danışdırılmasına isə intaq deyilir. Ədəbiyyatın müxtəlif janrlarında T. və İ. üsulundan istifadə edilir. Bu cür əsərlər alleqorik əsərlər kimi tanınır. Məsələn, təmsillər T. və İ. üzərində qurulur. Ədəbiyyatımızda T. və İ.-dan ilk dəfə ən mükəmməl şəkildə istifadə edən sənətkar M.Füzuli olub (“Söhbətül-əsmar”, “Səhhət və Mərəz” və s.).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər hansı bir qəzəlin misralarına üç misra əlavə etməklə yaranan şeir şəkli.
Təxmisdən fərqli olaraq beytin əvvəlinə yox, onun misralarının arasına üç misra əlavə edilir. Qafiyə şəkli isə təxmisdə olduğu kimidir: a.a.a.a.a, b.b.b.b.a, c.c.c.c.a. Nadir hallarda rast gəlinən şeir növüdür.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜslubi fiqur: söz və ya ifadəni iki mənada işlətmək bacarığı; söz oyunu, kalambur.
Bu zaman həmin ifadənin hansı mənada qəbul edilməsi oxucunun öhdəsinə buraxılır. Nəsimi qəzəllərindən birində belə bir T.-dən istifadə edib:
Səndən iraq, ey sənəm, şamü-səhər yanaram.
Vəslini arzularam, dəxi betər yanaram.
Bu beytin ilk misrasındakı “səndən iraq” ifadəsi iki mənada başa düşülə bilər: “səndən uzaq olsun” və “səndən uzaqda olduğum üçün”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏruz vəzninin bəhrlərindən biri.
Bu bəhr əruzun ən uzun bəhrdir. Misra üzrə qəlibi belədir: fə`Ulün məfA`İlün fə`Ulün məfA`ilün. Əruzşünas, professor Əkrəm Cəfər qeyd edir ki, bu bəhr Azərbaycan ədəbiyyatında işlədilməyib. “T. bəhri” anlayışını bəhri-təvil janrı ilə qarışdırmaq olmaz.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞəbih tamaşalarında oxunan mənzumələr; mərsiyə.
Əsas etibarilә Kәrbәla hadisәlәrindәn, imamların müsibәtindәn bәhs edәn dini mәzmunlu mәnzumәlәrdir. Mәhәmmәd Füzulinin “Hәdiqәtüs-süәda” əsərində T. nümunələri çoxdur:
Zəhri-ədadan Həsən şəhdi-şəhadət içmədən,
Bulmadı ədayi-din fürsət Hüsеyn azarinə.
Ömrlər hər fitnə kim, pünhan еdərdi ruzigar,
Fitnеyi-qətli-Həsən оldu səbəb izharinə.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir şairin misrasının, yaxud beytinin olduğu kimi başqa şairin әsәrindә işlәnmәsi.
Təsdis, təxmis, təştir tipli əsərlərdə, eləcə də nəzirələrdə T.-dən istifadə edilir. Ş.İ.Xətai İ.Nəsiminin “Ayrılır” qəzəlinə yazdığı nəzirədə birinci misranı T. edib. Burada әsas tәlәb T. edilәn misra, yaxud beytin hәr cәhәtdәn yeni şeirә uyğunlaşdırılması, onun tәrkib hissәsinә çevrilmәsidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzərbaycan folklorunda lirik şeir forması; bəndlərinin dördüncü misrası eyni olan qoşma.
Qafiyə quruluşu a.a.a.b, c.c.c.b ... şəklində olur. T.-ların qoşmalardan bir fərqi budur ki, həmişə 3 bənddən ibarət olur. Mövzu baxımından T.-larda həsrət, qürbət motivi üstünlük təşkil edir. Lirik qəhrəman elini-obasını, dost-tanışını görməyi, onlara qovuşmağı arzulayır. Nümunə:
Bir quşa dönəydim, uçaydım geri,
Bir də dolanaydım o doğma yeri.
İrəvan deyilən bəridi, bəri,
Tanrı, özün yetir o yurda məni.
***
Bir quşa dönəydim, qonaydım ora,
Bəlkə, bitişəydi sinəmdə yara.
Burda, qəriblikdə düşmüşəm tora,
Tanrı, özün yetir o yurda məni.
***
Bir quşa dönəydim, ötəydim orda,
Belə qalmayaydım çətində, darda,
O cənnət məkanı mən tapım harda?
Tanrı, özün yetir o yurda məni.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞəbih tamaşalarından birinin adı.
İmam Hüseynin әmisi oğlu Müslimin Kufә şәhәrindә faciәli surәtdә hәlak olmuş övladlarının aqibәtindәn bәhs edir. Bu ifadə sonrakı dövrlərdə ədəbiyyatşünaslıqda şәbih tamaşalarındakı mərsiyənin, təziyənamənin sinonimi kimi işlənib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti