Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sdis

ər. müsəddəs sözünün fleksiyası

Klassik Azәrbaycan poeziyasında altımisralıq bəndlərdən ibarət şeir şәkli; müsəddəsin bir növü.

T. başqa bir şairin әsәrindәn istifadә yolu ilә yazılan müsәddәsdir. Bәndin ilk dörd misrası orijinaldır, sonuncu iki misra isә başqa şairin əsərindən götürülür. Bu zaman misralar arasında fikir ardıcıllığı pozulmamalıdır. Belə ki, iqtibas olunmuş misralar T. müəllifinin öz misralarını məzmunca tamamlamalıdır. M.Füzuli Hәbibinin mәşhur müsәddәsi әsasında T. yazıb:

... Әymiş hilali üstә tәrәfi-gülahini,

Çox dilşikәstәnin göyә yetirmiş ahini,

Zülfün dağıtdı, gizlәdi әbr içrә mahını,

Gördüm üzündә hәlqeyi zülfi-siyahıni,

Ol piçü tabı çox nә rәsәndir? – dedim, dedi:

– Dövrü-rüxümdә rişteyi-canundurur sәnin.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti