Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qəzəl

Klassik Şərq, eləcə də Azərbaycan şeirinin ən geniş yayılmış janrlarından biri.

Qəzəl, əsasən, 5, 7, 9, 11 beytdən ibarət olur. Qəzəlin 1-ci beyti həmqafiyə olur. Qalan beytlərdə isə 1-ci misra sərbəst buraxılır, 2-ci misra isə qəzəlin 1-ci beyti ilə həmqafiyə təşkil edir:

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə, (a)

Bir ah ilə verərdi min Bisütunu badə. (a)

Versəydi ahi-Məcnun fəryadımın sədasın, (b)

Quşmu qərar edərdi başındakı yuvadə?.. (a)

Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli, (d)

Olma vəfaya talib dünyai-bivəfadə. (a) 

Qəzəlin lirik şeir janrı olaraq uzun bir təşəkkül və inkişaf tarixi vardır. İzzəddin Həsənoğlunun «Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər» qəzəli anadilli şeirimizin ilk nü­munəsidir. Ədəbiyyatımızda bu janrın ən gözəl nümu­nələrini N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, S.Ə.Şirvani, Ə.Vahid və baş­qaları yaradıblar.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti