Bədii ifadə vasitəsi: insana xas keyfiyyətlərin cansız varlıqlara və ya heyvanlara aid edilməsi.
Canlı danışıq dilindəki “yaz gəldi”, “ürәyim atlandı” kimi ifadәlәr Ş. sayılır. Ş. bir sıra məcaz və üslubi fiqurlarda tətbiq olunan üsulun ümumi adı kimi çıxış edir. Məsələn, alleqoriyada mücərrəd anlayışın heyvan obrazı ilə əvəz olunması, bəzi metaforlarda insana xas əlamətin heyvan üzərinə köçürülməsi, ritorik sualda və ritorik müraciətdə cansız əşyaya sual verilməsi və ya müraciət edilməsi Ş.-dir. “Koroğlu” dastanında baş qәhrәmanın Qırata və Misri qılınca müraciətlә dediyi şeirlәrdә bu bәdii ifadә üsuluna rast gәlirik.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti