Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kalambur

Nitqdə komik effektə nail olmaq məqsədilə sözün omonimliyindən və ya çoxmənalılığından istifadə edilməsi; söz oyunu.

Daha çox lətifələrdə rast gəlinir: ilk baxışdan söz öz həqiqi mənasında işlənir, lakin kontekstə görə onu məcazi mənada da başa düşmək olar. Məsələn, Molla Nəsrəddin lətifələrindən birində şəhər hakimi Mollaya öz səhhətindən şikayətlənərək deyir: “Dünən dişim ağrıyırdı. Həkim gəlib dişimi çəkdi. Bu gün də qulağım ağrıyır”. Molla cavabında deyir: “Hə, kaş bir qulaq həkimi də tapılaydı, gəlib sənin qulağını çəkəydi”. Burada “çəkəydi” sözü K. kimi işlənir: “qulağını çəkmək” cəzalandırmaq mənasını verir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti