Klassik Şərq poeziyasında az yayılmış, ərəb əlifbasına əsaslanan, formal xüsusiyyətlərə malik poetik formalardan biri.
Hər beytin əvvəlində ərəb əlifbasının bir hərfi yazılır. Misranın, yaxud beytin ilk sözü həmin hərflə başlanır. Hərfin adı şeir vəzninə daxil olur. Məzmunca daha çox dini mövzudadır.
Әlif – Әla qamətin hər kim gördü, bican olur,
Bey – Bəşarət buldu hər kim dilbəri-sultan olur.
Tey – Təmənna vəslini etdin, niyazın uşbudur,
Sey – Səna etməklik üçün uş canın qurban olur! (İ.Nəsimi)
Ə-L. şeir şəkli savadlı ustad aşıqların da yaradıcılığında işlənib.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti