Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məqama

Orta əsrlər Şərq ədəbiyyatında bədii nәsrin epik janrlarından biri.

Ərәb, fars-tacik vә yәhudi ədəbiyyatında geniş yayılmışdı. Qafiyәli nәsrlә yazılırdı. İlk görkәmli yaradıcıları Ərәb xilafəti dövründә yaşamış әl-Hәmәzani vә əl-Hәriridir. Adәtәn, çox kәlәkbaz, çevik adam kimi təsvir olunan M. qәhrәmanı xilafәtin hökm sürdüyü ölkәlәri sәyahәt edәrәk müxtәlif kәlәklәrlә çörәkpulu qazanır. Onların hәyatı xilafәt dövrü haqqında müəyyən tәsәvvür yaradır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məqtəl

Əsasən, imamların faciəli ölümü mövzusunda yazılmış əsər.

Xüsusilə İmam Hüseynin Kərbəlada şəhid edilməsindən bəhs edir. M. eyni zamanda mərsiyə kimi də başa düşülə bilər. Fərq ondan ibarətdir ki, mərsiyələr müxtəlif insanların həyatı ilə bağlı ola bilər, M.-lər isə yalnız imamların şəhidliyi ilə bağlıdır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mənzum

Nəzmlə yazılan.

“Nəzm” sözünün fleksiyasıdır. Adətən, nəzmin qafiyə, ritm, ahəng kimi poetik xüsusiyyətləri saxlanılmaqla süjet xəttinə malik olduğu əsərlərə aid edilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mənzum hekayə

Nəzmlə yazılmış qısa süjetə malik hekayə.

Ədəbiyyatımızda ilk M.H.-yə M.Əmaninin yaradıcılığında rast gəlinir. N.Gəncəvi, A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani kimi yazıçılarımızın da M.H.-ləri vardır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mərsiyə

Orta әsrlәr Şәrq, o cümlәdәn Azәrbaycan poeziyasında geniş yayılmış, ölümlә, yasla әlaqәdar kәdәrli şeir.

Dini şəxsiyyətlərin, müqəddəslərin, hökmdarların, xalq qəhrə­manlarının və başqalarının ölümündən doğan kədəri ifadə edən şeirdir. M. məzmununa görə şifahi xalq ədəbiyyatındakı ağıları xatırlatsa da, kompozisiya, üslub vә dil cәhәtdәn ondan çox fәrqlәnir. Fәxriyyә vә mәdhiyyә kimi, M.-nin dә müәyyәn konkret әdәbi forması yoxdur. O, çox vaxt qәsidә vә mәsnәvi şәklindә yazılır. Tәk-tәk hallarda qәzәl vә başqa şәkillәrdә dә M.-lәrә tәsadüf olunur. Ədəbiyyatımızda Ə.Xaqaninin oğlunun ölümünə həsr etdiyi M. çox məşhurdur. M.Ə.Sabir Həsən bəy Zərdabinin ölümü ilə bağlı M. yazıb. M.Füzulinin M.-ləri isə daha çox dini şəxsiyyətlərlə bağlı yazılıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mərsiyəxan

Mərsiyə yazan şair; mərasimlərdə mərsiyə oxuyan adam.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məsəl

Mənşəyi müəyyən əhvalatla (rəvayət, lətifə və s. ilə) bağlı olan və ona bənzər situasiyanı səciyyələndirmək üçün işlədilən məşhur ifadə.

M. şifahi xalq yaradıcılığının kiçikhəcmli janrlarından sayılır. Söz birləşməsi (“birgünlük xəlifə”) və ya cümlə (“Bişmiş toyuğun gülməyi gəlir”) şəklində olur. M.-i atalar sözlərindən fərqləndirən əsas cəhətlər:

1) onun müdrik fikir ifadə etməməsi (yalnız situasiyanı səciyyələndirməsi),

2) məşhur əhvalatla bağlı olmasıdır.

Lakin bəzən M.-lə atalar sözləri arasında dəqiq sərhəd qoymaq çətin olur. Məsələn, “Hamıya qulaq assan, gərək eşşəyi dalına alasan” (Molla Nəsrəddin) və ya “El bir olsa, dağ oynadar yerindən” (A.Tufarqanlı) müdrik fikir ifadə etməsi baxımından atalar sözünə, etimologiya baxımından M.-ə aid edilə bilər. M.-də fikir tam, bitkin olmur, o, müstəqil işlənə bilmir. M. o vaxt effektli olur ki, səciyyələndirdiyi vəziyyət bağlı olduğu əhvalatla üst-üstə düşsün. Rəvayət və lətifələrlə yanaşı, bədii əsərlər və filmlərlə bağlı M.-lər də geniş yayılıb: “Heç hənanın yeridir” (Ü.Hacıbəyli), “Könüldən könülə yollar görünür” (S.Vurğun).

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mətnşünaslıq

Əsərləri ilkin əlyazmalar və nəşrlər əsasında tədqiq edən ədəbiyyatşünaslıq sahәsi.

Mətnşünas әdәbi әsәrlәrin yaranma tarixini vә onların mәtninin müəllif versiyasına uyğunluğunu tәdqiq edir, bu əsərlərin akademik nəşrinin hazırlanması üçün elmi araşdırmalar aparır, nәşri zәruri izahlar vә qeydlәrlә tәmin edir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti