Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mənzum məktub

Klassik poeziyada geniş yayılmış epis­tolyar şeir.

Mənzum məktublarda, əsasən, dövrün ictimai-siyasi hadisәlәrindәn bәhs olunur. Q.Zakirin M.F.Axundzadəyə yazdığı “Vilayətin məğşuşluğu haqqında” şeirini mənzum məktuba misal göstərmək olar:

Xəbər alsan bu vilanın əhvalın,

Bir özgədir keyfiyyəti-Qarabağ.

Həqdi, bundan əqdəm görübsən sən də,

Hanı o qaidə, o qanun sayaq?

Mənzum məktublar şairin hәyatını, mühitini, tәmasda olduğu adamları vә s.-ni öyrənmәk baxımından qiymәtli tarixi sәnәd­lәrdir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti