Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

atalar sözü

Müdrik fikri, ümumiləşdirilmiş həyat təcrübəsini lakonik ifadə edən kiçikhəcmli folklor nümunəsi.

Xalq atalar sözü vasitəsilə özünün həyata baxışını, təcrübədə əldə etdiyi nəticələri, əxlaqi-tərbiyəvi fikirlərini ifadə edir. Atalar sözü müxtəlif mövzularda ola bilər: İşləməyən dişləməz (zəhmət). Qürbət cənnət olsa da, yenə vətən yaxşıdır (vətənpərvərlik) və s. Atalar sözü çox zaman paralel quruluşlu sintaktik vahidlərdən təşkil olunur, müəyyən vəznə və qafiyəyə malik olur, ən müxtəlif üslubi fiqurlar (təkrir, antiteza) özünü gös­tərir: Haynan gələn vaynan gedər. Yaman yeyənin olsun, yaman deyənin olmasın və s. Azərbaycanda atalar sözlərinin toplanması və nəşri görkəmli folklorşünas Әbülqasım Hü­seyn­zadənin adı ilə bağlıdır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti