Orta əsrlər Şərq ədəbiyyatında yayılmış bioqrafik səciyyəli əsərlər.
Konkret bir şәxsin hәyat vә yaradıcılığını әks etdirәn belә әsərlәrin böyük bir qismi klassik yazıçılara hәsr olunub. Elmi vә bәdii üslubu sintez edәn M.-də yazıçının həyatının әlamәtdar hadisәlәri, onun şәxsiyyәti, әdәbi mühiti, әsәrlәri, sәnәtinin xalqa tәsiri vә s. cəhәtlәr tәsvir olunur. Firidun bәy Köçәrli “Azәrbaycan әdәbiyyatı”nda, Mәhәmmәdәli Tәrbiyәt “Danişmәndani-Azәrbaycan” әsәrindә M. janrına müraciət ediblər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti