lat. rhythmus – süzülmək, cərəyan etmək, axmaq
Şeirdə səs və pauzaların müntəzəm təkrarı vasitəsilə yaranan ahəngdarlıq; vəzn.
Daha çox musiqişünaslığa aid olan “ritm” termini vəznlə müqayisədə daha ümumi anlayışdır. Əgər şeir vəzninin növləri hecaların sayına, yaxud vurğulu və vurğusuz (uzun və qısa) hecaların müəyyən qaydada növbələşməsinə görə müəyyənləşirsə, ritmin yaranmasında hecadan başqa, durğu və təqtilər, fonetik və leksik təkrirlər və s. də nəzərə alınır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti