- İnsanı yaratmaqmı Tanrının xətasıydı, yoxsa Tanrını yaratmaqmı insanın xətasıydı? (Fridrix Nitsşe)
- Canavarlarla mübarizə aparan insan fikir verməlidir ki, bu mübarizədə özü də canavara çevrilməsin. (Fridrix Nitsşe)
- Ölümsüzlük qazanmaq üçün çox mübarizə aparmalısınız: insan yaşadığı müddət ərzində bir neçə dəfə ölməyi bacarmalıdır. (Fridrix Nitsşe)
- Böyük işlər görmək çətindir, amma böyük işlərə rəhbərlik etmək daha çətindir. (Fridrix Nitsşe)
- Qürurla yaşamaq mümkün olmadıqda onunla ölməyi bacarmalısınız. (Fridrix Nitsşe)
- Dərisini dəyişdirə bilməyən ilan ölməyə necə məhkumdursa, fikirlərin dəyişəməsinə mane olan zehinlər də eləcə ölməyə məhkumdur. (Fridrix Nitsşe)
- İnsan dəniz olmalıdır ki, çirkli su ona qarışsın, amma özü təmiz qalmağı bacarsın. (Fridrix Nitsşe)
- Yaşamaq üçün “niyə?”si olan insan bütün “necə?”lərə dözə bilər. (Fridrix Nitsşe)
- Qiyməti olan hər şeyin dəyəri azdır. (Fridrix Nitsşe)
- Əslində, ümid çox pis şeydir, çünki, sadəcə, insanın əzablı həyat müddətini uzadır. (Fridrix Nitsşe)
- Məqsədini unutmaq axmaqlığın ən geniş yayılmış formasıdır. (Fridrix Nitsşe)
- Mütləq həqiqətlər olmadığı kimi, əbədi faktlar da yoxdur. (Fridrix Nitsşe)
- Tənhalığımı itirməyimə səbəb olub mənə həqiqi bir dostluq verə bilməyən insanlara nifrət edirəm. (Fridrix Nitsşe)
- Asan bir həyat yaşamaq istəyirsinizsə, daim bir sürünün içində qalın və orada özünüzü itirin. (Fridrix Nitsşe)
- Yaratmaq – əzablardan qurtulmağın ən yaxşı yoludur. (Fridrix Nitsşe)
- Bu dünyada iki fərqli insan tipi vardır: bilmək istəyənlər və inanmaq istəyənlər. (Fridrix Nitsşe)
- Çox zaman deyilən bir fikri sadəcə deyim tonu xoşumuza gəlmədiyi üçün qəbul etmirik. (Fridrix Nitsşe)
- Yaşamaq istədiyimiz üçün yox, sevməyə vərdiş olduğumuz üçün həyatı sevirik. (Fridrix Nitsşe)
- Əgər siz uçuruma baxırsınızsa, uçurum da sizə baxacaq. (Fridrix Nitsşe)
- Bəzən insanın özü haqqında çox danışması özünü gizlətməsi üçün bir vasitə ola bilər. (Fridrix Nitsşe)