- İnsanlar gerçəkliyə uzun müddət dözə bilməzlər. (Karl Qustav Yunq)
- Mən Tanrının olduğuna inanmıram. Mən Tanrının olduğunu bilirəm. (Karl Qustav Yunq)
- Çağırılsa da, çağırılmasa da, Tanrı həmişə ordadır. (Karl Qustav Yunq)
- Sual vermək bacarığı həqiqəti öyrənmək üçün ən böyük vasitədir. (Karl Qustav Yunq)
- Kədərinizi bağrınıza basın. Çünki orada ruhunuz böyüyəcək. (Karl Qustav Yunq)
- Hər birimizin daxilində tanımadığımız başqa birisi var. (Karl Qustav Yunq)
- Əgər bir insan digərlərindən çox bilirsə, o tənhalığa məhkumdur. (Karl Qustav Yunq)
- Dünya səndən kim olduğunu soruşacaq və əgər sən bunu bilmirsənsə, o özü sənə deyəcək. (Karl Qustav Yunq)
- Nə qədər ki olanları qəbul etmirik, heç nəyi dəyişdirə bilmərik. (Karl Qustav Yunq)
- Düşünmək çətin olduğu üçün insanlar mühakimə etməyi seçirlər. (Karl Qustav Yunq)
- Tənhalıq ətrafınızda heç bir insanın olmaması demək deyil. İnsan özü üçün önəmli olan şeyləri başqalarına çatdıra bilməsə və ya düşüncələrinin başqaları tərəfindən qəbul edilmədiyini görərsə, özünü tək hiss edər. (Karl Qustav Yunq)