Reklam
Reklam
  • Ən qaranlıq dəqiqələrimizdə qarşımıza çıxacaq işıq üçün diqqətimizi toplamalıyıq.
  • Yaxşı müşahidə qabiliyyəti olmayan yaxşı bir lider ola bilməz.
  • Özünü tanıya bilmək müdrikliyin təməlidir.
  • Tənqidə məruz qalmamağın yeganə bir yolu var: heç nə eləmə, heç nə demə.
  • Müharibəni qazanmaq kifayət deyil, sülhü təmin etmək daha mühümdür.
  • Hamının haqsız olması sənin haqlı olmağına dəlalət etmir.
  • Ağıllı insan düşündüyü hər şeyi deməz, amma dediyi hər şeyi düşünər.
  • Səxavətli insan — uyğun insana uyğun şeyi uyğun zamanda verən şəxsdir.
  • Biriləri pulu elə yığırlar, sanki əbədi yaşayacaqlar, digərləri isə elə xərcləyirlər, elə bil bu dəqiqə öləcəklər.
  • Nitqin əsas üstünlüyü aydınlıqdır.
  • Eqoizm özünü sevməkdə deyil, bu sevginin həddən artıq olmasındadır.
  • Təhsilin kökü acı, meyvəsi isə şirindir.
  • Elə bir düha yoxdur ki, onda, az da olsa, dəlilik olmasın.
  • Ağıl yalnız biliyə sahib olmaq deyil, həm də onu tətbiq edə bilməkdir.
  • İnsan iki il danışmağı öyrənir, həyatının qalan hissəsini isə – susmağı.
  • İşləyirik ki, asudə vaxtımız olsun, savaşırıq ki, əmin-amanlıqda yaşayaq.
  • Xoşbəxt insan – əlindəkilərlə qane olmağı bacarandır.