- Şöhrətpərəstlik insanı
boşboğaz, qürur isə dinməz edir. (Artur Şopenhauer)
- Unutmayın ki, insanların mənfəətləri dəyişdikdə onların düşüncə tərzi və davranışları da sürətlə dəyişir. (Artur Şopenhauer)
- Əgər bir insanı hamı başa düşürsə, deməli, həmin insan sadəcə bəsit zehinlərə müraciət edir. (Artur Şopenhauer)
- Gəldiyiniz qənaətin səhv olduğunu qəbul etmək, onu müdafiə etməkdən daha möhkəm xarakter tələb edir. (Artur Şopenhauer)
- Dünyaya gəldiyimiz andan hamımız bir səhvə yol veririk: elə düşünürük ki, buraya xoşbəxtlik əldə etmək üçün gəlmişik. (Artur Şopenhauer)
- Həyat sizə nəsə veribsə, vaxtı gəldikdə mütləq onu geri alacaq. (Artur Şopenhauer)
- Özünü bədbəxt hiss etməməyin ən yaxşı yolu xoşbəxt olmağı arzulamamaqdır. (Artur Şopenhauer)
- İnsanın mənəviyyatı nə qədər zəngin olarsa, digər insanlardan tələbləri daha az olar. (Artur Şopenhauer)
- Hər bir insan öz təfəkkürünün hüdudlarını dünyanın hüdudları kimi müəyyənləşdirir. (Artur Şopenhauer)
- Demək olar ki, yaşadığımız bütün kədərlər başqa insanlarla qurduğumuz münasibətlərə əsaslanır. (Artur Şopenhauer)
- Bəsit insanlar vaxtı necə öldürəcəklərini, dəyərli insanlar isə onu necə qazanacaqlarını düşünürlər. (Artur Şopenhauer)
- Günəşin qürubu həbsxana pəncərəsindən necə görünürsə, saraydan da elə görünür. (Artur Şopenhauer)
- Öz işığı olmayan insanlar kütləyə qarışaraq işıq əldə eləməyə çalışırlar. (Artur Şopenhauer)
- Mütaliə etmək həyata başqasının gözü ilə baxmaq deməkdir. (Artur Şopenhauer)
- İnsan yalnız tək olduğu zamanlarda özü ola bilər. (Artur Şopenhauer)
- Bilik artdıqca çəkdiyiniz iztirab da artır. (Artur Şopenhauer)
- Əgər bir insanın yalan danışdığından şübhələnirsinizsə, ona çox inandığınızı göstərin. Çünki məhz belə olduqda o insan daha bariz yalan danışır və maskası düşür. (Artur Şopenhauer)
- Tikansız gül yoxdur, amma gülsüz tikan çoxdur. (Artur Şopenhauer)
- Xoşbəxtliyi öz daxilində tapmaq çətindir, amma başqa yerdə tapmaq mümkünsüzdür. (Artur Şopenhauer)
- Hər bir uşaq müəyyən mənada dahidir və hər bir dahi müəyyən mənada uşaqdır. (Artur Şopenhauer)