- Sevən insanların bir-birindən ayrılmasında qravitasiyanın heç bir günahı yoxdur. (Albert Eynşteyn)
- İnsan nə qədər ağıllı olarsa, o qədər də asanlıqla özünü axmaq kimi qəbul edər. (Albert Eynşteyn)
- İnsanları öyrətməyin yeganə ağıllı yolu onlara nümunə göstərməkdir. (Albert Eynşteyn)
- Bu dünyada məni vur‐tut bir neçə nəfər anladı, onlar da yanlış anladı. (Albert Eynşteyn)
- Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparır. Xəyallar isə hər yerə. (Albert Eynşteyn)
- Bir insanın nə qədər ağıllı olduğunu verdiyi cavablar yox, soruşduğu suallar müəyyənləşdirir. (Albert Eynşteyn)
- Bütün texniki nailiyyətlərin mərkəzində insana qayğı dayanmalıdır. Öz diaqram və düsturlarınızı yaradarkən bunu unutmayın. (Albert Eynşteyn)
- Əgər bir şeyi nənənizə izah edə bilmirsinizsə, deməli, bunu özünüz də anlamırsınız. (Albert Eynşteyn)
- Bütün insanlar yalan söyləyir, amma bu, qorxulu deyil, çünki heç kəs bir-birini eşitmir. (Albert Eynşteyn)
- Heç vaxt səhv etməyən insan, heç vaxt yeni bir şey dənəməmişdir. (Albert Eynşteyn)
- Mənə öyrənməyə mane olan yeganə şey – aldığım təhsildir. (Albert Eynşteyn)
- Tanrı təsadüflər vasitəsilə anonimliyini qoruyur. (Albert Eynşteyn)
- Uğur qazanmağa deyil, həyatınızın mənalı olmasına çalışın. (Albert Eynşteyn)
- Xoşbəxt yaşamaq istəyirsənsə, məqsədə bağlı ol, adam və əşyalara yox. (Albert Eynşteyn)
- Bir dəfə genişlənmiş ağıl heç vaxt əvvəlki dar çərçivəsinə sığmaz. (Albert Eynşteyn)
- Həyat velosiped sürmək kimidir: tarazlığı saxlamaq üçün hərəkət etməlisən. (Albert Eynşteyn)
- Əməyinin nəticəsini dərhal görmək istəyən adam ayaqqabı ustası olmalıdır. (Albert Eynşteyn)
- Sən problemi heç zaman həll edə bilməyəcəksən, əgər həmin problemi yaradanlar kimi düşünürsənsə. (Albert Eynşteyn)
- Təxəyyül bilikdən önəmlidir; bilik məhduddur, təxəyyülün isə sərhədi yoxdur. (Albert Eynşteyn)
- Eyni şeyi edib fərqli nəticələr gözləmək – sadəcə, axmaqlıqdır. (Albert Eynşteyn)