- Zəiflər intiqam alar, güclülər bağışlayar, müdriklər unudar. (Naməlum)
- Keçmişi dəyişmək olmaz, amma ondan öyrənmək olar. (Naməlum)
- Həyat güzgü kimidir: ona gülümsəsən, o da sənə gülər. (Naməlum)
- Ağıllı insan danışanda, ağılsız susanda dəyər qazanır. (Naməlum)
- Səbir ağrılıdır, amma meyvəsi şirindir. (Naməlum)
- Ən yaxşı güzgü – köhnə dostdur. (Naməlum)
- Qutunun içinə almaz qoysaq, mücrü olacaq, siqaret kötüyü atsaq – zibil yeşiyi. Beynimizə nə qoyuruqsa, mahiyyətimiz də odur. (Naməlum)
- Atəşin kölgəsi olmur, ona görə də insanın içindəki yanğını heç kim görmür. (Naməlum)
- Risk eləyib uduzmaq olar, ancaq risk eləmədən udmaq mümkün deyil. (Naməlum)
- İntizam – çox istədiyin məqsədə nail olmaq üçün heç istəmədiyin işlərlə məşğul olmaqdır. (Naməlum)
- Çətinliklərlə qarşılaşmaq labüddür, amma məğlubiyyəti qəbul etmək insanın öz seçimidir. (Naməlum)
- Oyun bitəndə şahı da, piyadanı da bir qutuya qoyurlar. (Naməlum)