- Üç növ yalan var: yalan, açıq yalan və statistika. (Mark Tven)
- Özünü silkələməyin ən yaxşı yolu başqasını silkələməkdir. (Mark Tven)
- Həqiqət uydurmadan daha inanılmazdır, çünki uydurma inandırıcı olmaq zorundadır, amma həqiqət – yox. (Mark Tven)
- Bağışlama – bir bənövşənin onu tapdalayana bəxş etdiyi ətirdir. (Mark Tven)
- Mətbuatda gedən hər bir məlumat reklamdır, nekroloq istisna olmaqla. (Mark Tven)
- Yaxşı kitablar oxumayan insanın oxuya bilməyən qarşısında heç bir üstünlüyü yoxdur. (Mark Tven)
- Yaxşı nümunə bizi hər şeydən çox əsəbiləşdirir. (Mark Tven)
- Bəxt həyatda bir dəfə insanın qapısını tıqqıldadır, amma həmin an insan evin yaxınlığındakı pivəxanada oturduğuna görə bu tıqqıltını eşitmir. (Mark Tven)
- Yaxşı dostlar, maraqlı kitablar və yatmış vicdan – ideal həyat bax budur. (Mark Tven)
- Həyat yoldaşımla sözümüz çəp düşəndə, biz adətən onun istədiyini edirik. Yoldaşım bunu kompromis adlandırır. (Mark Tven)
- Məndə o improvizasiyalar yaxşı alınır ki, onlara üç gün hazırlaşıram. (Mark Tven)
- Hara getdiyini bilməyən adam getdiyi yerə düşəndə çox təəccüblənir. (Mark Tven)
- Ölüm ayağında peşman olacağımız iki şey var – yetərincə sevməməyimiz və yetərincə səyahət etməməyimiz. (Mark Tven)
- Xeyirxahlıq karın eşidə, korun görə biləcəyi bir şeydir. (Mark Tven)
- Siqaret çəkməyi atmaqdan asan heç bir şey yoxdur. Mən özüm bunu yüz dəfə eləmişəm. (Mark Tven)
- İnsan qızara bilən yeganə heyvandır. Digər tərəfdən, qızarmalı olan da elə insandır. (Mark Tven)
- 14 yaşım olanda, atamın ağılsızlığına zorla dözürdüm; 21 yaşıma çatdıqda isə bu qocanın son 7 ildə nə qədər ağıllandığına məəttəl qaldım. (Mark Tven)
- Klassika hər kəsin oxumağı lazım bildiyi, amma heç kimin oxumadığı şeydir. (Mark Tven)
- Elə rəqs et, sanki sənə heç kim baxmır. Mahnını elə oxu, sanki səni heç kim eşitmir. Elə sev, sanki sənə heç vaxt xəyanət etməyiblər. Və elə yaşa, sanki bu dünya bir cənnətdir. (Mark Tven)
- Həmişə yaxşı olmaq adamı elə yorur ki. (Mark Tven)