- Çökən bir millət uçurumun tam
dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. (Əbu Turxan)
- Yadlar doğmalaşanda, doğmalar yadlaşır. (Əbu Turxan)
- Yaxındakı köz
uzaqdakı Günəşdən daha betər yandıra bilər. (Əbu Turxan)
- Dünya onu anlayanlarındır. (Əbu Turxan)
- Din dövlət və cəmiyyət üçün yox,
insanlar üçündür. (Əbu Turxan)
- Ən böyük zəfər məğlub
etdiyin tərəfin həm də qəlbini fəth etməkdir. (Əbu Turxan)
- Özün kimi ol: onda səni
istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq. (Əbu Turxan)
- Hamı üçün açıq olan qəlbdə darısqallıq olar. (Əbu Turxan)