- Məni bir mən bilərəm, bir də Yaradan.
Mənə bir mən lazımam, bir də Anlayan... (Mövlana Cəlaləddin Rumi)
- Hər şey incəlikdən, insan isə kobudluqdan qırılar. (Mövlana Cəlaləddin Rumi)
- Qəlbini təmizləməmisənsə,
dəstəmaz almağın faydası yoxdur. (Mövlana Cəlaləddin Rumi)
- Ya olduğun kimi görün, ya da göründüyün kimi ol! (Mövlana Cəlaləddin Rumi)
- İnsan suya düşdüyü üçün yox, sudan çıxa bilmədiyi üçün boğulur. (Mövlana Cəlaləddin Rumi)
- Torpaq kimi səssiz olduğum an bil ki, fəryadım ildırım kimi göydə gurlayır. (Mövlana Cəlaləddin Rumi)
- Bir tərəfdən qorxun, digər tərəfdən ümidin olarsa, iki qanadlı olarsan. Onsuz da, tək qanadla uçmaq mümkün deyil. (Mövlana Cəlaləddin Rumi)
- Dilini tərbiyə etməzdən əvvəl ürəyini tərbiyə et. Çünki söz ürəkdən gəlib, dildən çıxır. (Mövlana Cəlaləddin Rumi)
- Bir insanın necə güldüyünə görə tərbiyəsini, nəyə güldüyünə görə təfəkkür səviyyəsini başa düşə bilərsiniz. (Mövlana Cəlaləddin Rumi)
- Hər çətinliyin sonunda doğan bir işıq vardır; əgər tikan əlinizi yaralayıbsa, deməli, gülə toxunmağınıza çox az qalıb. (Mövlana Cəlaləddin Rumi)
- Səsini yox, sözünü yüksəlt. Yarpaqların böyüməsinə səbəb olan yağışdır, ildırım deyil. (Mövlana Cəlaləddin Rumi)
- Eyni dili danışanlar yox, yalnız eyni hissləri paylaşanlar bir-birini anlaya bilər. (Mövlana Cəlaləddin Rumi)