Reklam
Reklam
  • İnsanı yaratmaqmı Tanrının xətasıydı, yoxsa Tanrını yaratmaqmı insanın xətasıydı?
  • Canavarlarla mübarizə aparan insan fikir verməlidir ki, bu mübarizədə özü də canavara çevrilməsin.
  • Ölümsüzlük qazanmaq üçün çox mübarizə aparmalısınız: insan yaşadığı müddət ərzində bir neçə dəfə ölməyi bacarmalıdır.
  • Böyük işlər görmək çətindir, amma böyük işlərə rəhbərlik etmək daha çətindir.
  • Qürurla yaşamaq mümkün olmadıqda onunla ölməyi bacarmalısınız.
  • Dərisini dəyişdirə bilməyən ilan ölməyə necə məhkumdursa, fikirlərin dəyişəməsinə mane olan zehinlər də eləcə ölməyə məhkumdur.
  • İnsan dəniz olmalıdır ki, çirkli su ona qarışsın, amma özü təmiz qalmağı bacarsın.
  • Yaşamaq üçün “niyə?”si olan insan bütün “necə?”lərə dözə bilər.
  • Qiyməti olan hər şeyin dəyəri azdır.
  • Əslində, ümid çox pis şeydir, çünki, sadəcə, insanın əzablı həyat müddətini uzadır.
  • Məqsədini unutmaq axmaqlığın ən geniş yayılmış formasıdır.
  • Mütləq həqiqətlər olmadığı kimi, əbədi faktlar da yoxdur.
  • Tənhalığımı itirməyimə səbəb olub mənə həqiqi bir dostluq verə bilməyən insanlara nifrət edirəm.
  • Asan bir həyat yaşamaq istəyirsinizsə, daim bir sürünün içində qalın və orada özünüzü itirin.
  • Yaratmaq – əzablardan qurtulmağın ən yaxşı yoludur.
  • Bu dünyada iki fərqli insan tipi vardır: bilmək istəyənlər və inanmaq istəyənlər.
  • Çox zaman deyilən bir fikri sadəcə deyim tonu xoşumuza gəlmədiyi üçün qəbul etmirik.
  • Yaşamaq istədiyimiz üçün yox, sevməyə vərdiş olduğumuz üçün həyatı sevirik.
  • Əgər siz uçuruma baxırsınızsa, uçurum da sizə baxacaq.
  • Bəzən insanın özü haqqında çox danışması özünü gizlətməsi üçün bir vasitə ola bilər.