- Vətəndaş passivliyinin cəzası — zalımların hakimiyyətidir. (Platon)
- Yüksək mənəvi keyfiyyətlərə görə sevən insan ömrü boyu sadiq qalır, çünki o, dəyişməyən bir dəyərə bağlanır. (Platon)
- Ağlı başında olan hər kəs özündən daha yaxşılarının yanında olmağa can atır. (Platon)
- Zərurət bütün ixtiraların anasıdır. (Platon)
- Axmağı iki əlamətinə görə tanımaq olar: o faydasız mövzular haqqında çox danışır və ondan soruşulmadığı halda fikir bildirir. (Platon)
- Ölkənin pis idarə olunduğunun ən dəqiq əlaməti – orada hüquqşünasların və həkimlərin çoxluğudur. (Platon)
- Kitab – lal müəllimdir. (Platon)
- Bədbəxtliyə düçar olanda insanlar taleyi, tanrıları və həyatda hər şeyi günahlandırırlar, bircə özlərini deyil. (Platon)
- Sevgi seviləndə deyil, sevəndədir. (Platon)
- Yoxsulluq var-dövlətin azalmasında deyil, tamahın artmasındadır. (Platon)
- Ölüm insanın başına gələ biləcəklərdən ən pisi deyil. (Platon)
- Heç kəs təsadüfən yaxşı insan olmur. (Platon)
- Hər bir suala cavab vermək olar, bir şərtlə ki, sual düzgün verilsin. (Platon)