Onlayn lüğət

Ən son əlavə edilənlər

1

abdal

Maddi nemətlərdən əl çəkərək mənəvi kamilliyə can atan, guşənişin həyat tərzi sürən asket şair.  A.-lar, əsasən, şiə təriqətini təbliğ edən şairlərdir. Onlar Anadoluda həmin təriqəti yaymaq üçün mübarizə aparıb, daha sonra bəktaşilik təriqətini f...    Ətraflı

2

abdal dili

Mətndə fikrin eyhamlarla, işarələrlə ifadə üsulu; “Ezop dili” anlayışının Azərbaycan folklorundakı qarşılığı.  Bu ifadə tərzində məcazi məna, sətiraltı yük üstünlük təşkil edir. A.D. xalq arasında hazırcavablığı ilə tanınan baməzə və müdrik adaml...    Ətraflı

3

abreviatur

Sözlərin baş hərflərini və ya hissələrini saxlamaqla dü­zəl­dilmiş ixtisar. □ Abreviaturlar müxtəlif yollarla formalaşır: – sözlərin yalnız birinci hərfini saxlamaqla: BMT (Birləşmiş Millətlər Təşkilatı), KİV (kütləvi informasiya vasitələri), m (m...    Ətraflı

4

abreviatur inisial

Söz birləşməsi formasında olan mürəkkəb şəxs adlarının ilk hərflərindən ibarət ixtisar.  Abreviaturadan fərqli olaraq A.İ.-larda hərflər arasında nöqtə qoyulur. A.İ. təxəllüslərə də şamil edilir: A.Ş. – Abdulla Şaiq, Ə.V. – Əliağa Vahid və s. Adə...    Ətraflı

5

absurd

Ağıla, məntiqə sığmayan, boş və mənasız fikir, cəfəngiyyat.  Cəmiyyətin qəbul etdiyi, alışdığı ənənələri inkar edən, məntiqlə izah olunmayan fikirlər A. kimi qəbul edilir. Bəzi qələm sahibləri duyğu və düşüncələrini fərqli ifadə etmək üçün A. fik...    Ətraflı

6

absurd dram

XX əsrin II yarısında Qərbi Avropa dramaturgiyasında meydana çıxmış avanqard cərəyan.  Absurdizm ədəbi cərəyanının sinonimi kimi də işlənir. Ekzistensializmə qarşı, sürrealizmə meyilli cərəyan kimi formalaşıb. A.D.-da intellekt, rasional düşüncə...    Ətraflı

8

absurdizm

XX əsrin 50-ci illərində ekzistensializm ideyalarının əleyhdarı kimi meydana çıxmış ədəbi cərəyan.  Elmi ədəbiyyatda “antiteatr”, “absurd dram”, “antidram” da adlanır. A.-ə görə, insan tarixboyu həyatda bir məna axtarmağa çalışıb, ancaq ağıllı bi...    Ətraflı

9

abzas

Nəsrlə yazılmış mətn­də yeni fikrin başlanğıcını bildirən sətirbaşı; ardıcıl gələn iki sətirbaşı arasında yerləşən mətn parçası. □ Məz­mun­ca bitkin fikir ifadə edən abzas bir və ya bir neçə cüm­lədən ibarət olur. Mətnin abzaslara ayrılması onun d...    Ətraflı

10

abzas boşluğu

Abzasın ilk sətrini müəyyən edən, onun sol kənarında buraxılan boşluq; sətirbaşı....    Ətraflı

11

acı məzhəkə

Folklora aid el oyunları, xalq tamaşalarında təsadüf edilən dramaturji janr.  Müasir “tragikomediya” termininin qarşılığıdır. A.M.-də komik və tragik ünsürlərin əvəzlənməsi, bir-birini tamamlaması prinsipindən istifadə olunur....    Ətraflı

12

acıqvermə

Toy mərasim nəğməsi; gəlin köçürülərkən oğlan evinin adamları tərəfindən musiqinin müşayiəti ilə oxunan sataşma xarakterli məzəli şeir nümunələri.  Burada oğlan evinin üstün mövqeyi, qız evinin isə uduzmuş, məğlub vəziyyəti nəzərə çarpdırılır. A....    Ətraflı

13

acıtma

Uşaq folklorunda deyişənlərin bir-birinə acıq vermək üçün söylədikləri mənzumə.  Süjetli şeir, yaxud dialoq şəklində olur. Bənd sistemində, misraların ölçüsündə və qafiyələnməsində müəyyən qanun-qayda olmur. Şuxluq və ifadə aydınlığı A.-nın əsas...    Ətraflı

14

açılma

Bədii əsərdə süjet xəttinin kulminasiyadan sonrakı, finaldan əvvəlki mərhələsi, razvyazka. □ Bu mərhələdə intriqa bitir, əsərin süjet və məzmununu təşkil edən ha­disələr başa çatır, bədii konflikt öz həllini tapır, əsərin ideyası aydınlaşır. Bir ç...    Ətraflı

15

açıq saitlər

Dilin ön hissəsi yuxarı qalxmadan, alt çənə aşağı düşmüş vəziyyətdə tələffüz edilən saitlər: [ə], [ö], [o], [a], [e]....    Ətraflı

16

açma

Tapmacanın cavabı. □ Tapmaca şifahi şəkildə deyi­lər­kən bir çox hallarda “Açması?” sualı ilə bitir....    Ətraflı

17

ad

Ümumi qrammatik xüsusiyyətinə görə əşya, varlıq, məf­hum bildirən, bununla da feil və zərflərdən fərq­ləndirilən sözlər. □ Qrammatikada ad bildirən nitq hissələri isim, sifət, say və ya əvəzlikdir....    Ətraflı

18

adaptasiya

Hər hansı bədii əsərin müəyyən oxucu auditoriyasının səviyyəsinə uyğunlaşdırılması. □ Adaptasiya, əsasən, yaş qrupuna görə aparılır. Bu zaman əsərdə əsas süjet xətti saxlanılmaqla ixtisarlar edilir və əsərin dili sadələşdirilir. Adaptasiya zamanı...    Ətraflı

19

adinaton

Üslubi fiqur: haqqında danışılan hadisənin qeyri-real situasiya ilə müqayisə edilərək qarşılaşdırılması.  Bu cür müqayisə yolu ilə mübaliğə (hiperbola) yaradılır, lakin adi mübaliğədən fərqli olaraq burada sözügedən hadisənin mümkünsüzlüyü vurğul...    Ətraflı

20

adlıq cümlə

Mübtəda əsasında formalaşan sadə cümlə. □ Adlıq cümlədə xəbər iştirak etmir, əşya və hadisənin yalnız adı çəkilir. Adlıq cümlə söz və ya söz birləşməsi şəklində olsa da, bitkin intonasiya ilə deyilir; məs.: Ay işığı. Bulaq başı. Göy çəmən. Bir dün...    Ətraflı