mürəkkəb adların tərkibində işlənən Əli və Əsgar adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliəsgər adı bu gün Ələsgər formasındadır. Ələsgər (bax: ad – ƏLİ; ƏSGƏR) kişi adı birbaşa Həzrət Əlinin adı ilə bağlı olub, məqsədi uğrunda borcunu verən Əli mənasındadır. Bu gün əminliklə demək olar ki, məişətimizdə adın daşıyıcıları arasında gənc nəslin nümayəndələri azdır, lakin orta və yaşlı nəslin nümayəndələri arasında Ələsgər adının daşıyıcıları kifayət qədərdir. Ələsgərov, Ələsgərli, Ələsgərzadə Azərbaycanda geniş yayılmış soyadlar sırasındadır. Zaqatala bölgəsində Ələsgər şəxs adı ilə bağlı Ələsgər kəndi mövcuddur. Adın daşıyıcıları arasında nadir fitri istedada malik olan Aşıq Ələsgər (1821-1926) aşıq ədəbiyyatını çox yüksək mərhələyə qaldırmış, onun ideya-estetik imkanlarını o vaxtadək görünməmiş miqyasda genişləndirmiş, ədəbiyyatımızın və sənətimizin tarixinə xalq həyatının tərənnümçüsü, gözəllik nəğməkarı, böyük humanist idealları vəsf edən, vətəndaş cəsarətli şair kimi daxil olmuş, öz şərəfli adı ilə bağlı böyük bir aşıq sənəti məktəbinin əsasını qoymuşdur. Xalq arasında aşıq şeirinə, aşıq yaradıcılığına, Aşıq Ələsgərə olan məhəbbət nəticəsində iki əsrə yaxındır ki, məişətimizdə geniş yayılmışdır desək, fikrimizcə, səhv etmərik.
Azərbaycan şəxs adlarının izahlı lüğətialfi sözündən olub, dilimizdə ülfəti olan, dosta, yaxınlarına mehriban mənasındadır.
Bəzi mənbələrdə ərəb dilində əlf (min sayı) sözü ilə əlaqələndirilir. Qədim ərəblərdə min manata alınan qullar əlf adlandırılırdı. Belə fikirləri də, yəqin ki, tam inkar etmək olmaz. Əlfi Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın daşıyıcılarından Azərbaycan ədəbiyyatı tarixində XX əsrin ortalarında yaşayıb-yaratmış, tanınmış yazıçılardan olan Əlfi Qasımov (1927-1985) maraqlı nəsr əsərlərindən ibarət irs qoyub getmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əli adı və azərb. arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İslam dini ilə, Həzrət Əli ilə əlaqədar şəxs adlarındandır.
Əlibəy (bax: ad – ƏLİ; BƏY) üstün, bəy Əli anlamını ifadə edir. Adın məşhur daşıyıcılarından biri də XX əsrin əvvəllərində ziyalı şəxsiyyətlərimizdən olan yazıçı, mütəfəkkir, jurnalist, həkim, tərcüməçi, müəllim, ictimai xadim Əli bəy Hüseynzadədir (1864-1940). Tiflisdə təhsil almış Əli bəy Peterburq Universitetinin Fizika və Təbiyyat fakültələrində Mendeleyev və Vaqner kimi alimlərdən dərs almış, eyni zamanda Şərq fakültəsində dinləyici olmuşdur. Ana dilindən əlavə rus, fransız, ərəb, fars dillərini mükəmməl bildiyindən dünya klassiklərinin əksəriyyətinin əsərlərini orijinalda oxumuşdur. Dilimizə tərcümələri də məlumdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əli adı və azərb. can sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Mənbələrdə Əlican şəxs adı XII əsrdə monqolların yürüşündə iştirak etmiş elcikin tayfa adının təhrif olunmuş formasından olması barədə məlumatlara rast gəlinir. Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında Can müstəqil şəxs adı kimi mövcud olmasa da, türk xalqlarının antroponimik vahidlər sistemində tərkibində can sözünün iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adı mövcuddur. Məişətimizdə bu yolla düzəlmiş həm kişi, həm də qadın adları geniş yayılmışdır. Məsələn, Canmirzə (bax: ad – CANMİRZƏ), Canbaxış (bax: ad – CAN- BAXIŞ), Gülcan (bax: ad – GÜLCAN), Elcan (bax: ad – ELCAN),Selcan (bax: ad – SELCAN), Gülcan (bax: ad – GÜLCAN) və s. Can komponentinin əzizləmə məzmunu yaratdığını da nəzərə alaraq deyə bilərik ki, Əlican (bax: ad – ƏLİ; CAN) kişi adı hər kəsin canı qədər sevdiyi Əli, candan sevilən Əlidir. Adın təhrif olunmuş forması Əlcan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Əlcan şəxs adı ilə əlaqədar Azərbaycanın Oğuz, Şəki, Yevlax ərazilərindən keçən, Kürün sol qolu Əlican (qədim adı Avant olmuşdur) çayı Qafqaz silsiləsinin cənub yamacından başlanır. Sabirabad rayonunda Əlicanlı adlı kənd yerləşir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əli və azərb. Da- mir adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əlidəmir (bax: ad – ƏLİ; DƏMİR) kişi adı dəmir kimi möhkəm, dözümlü, səbirli, mətanətli olan Əli anlamını ifadə edir. Adın təhrif olunmuş forması Əldəmir də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əli və Əçraf adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliəşrəf adı bu gün Ələşrəf formasındadır. Ələşrəf (bax: ad – ƏLİ; ƏŞRƏF) kişi adı şərəfli Əli, mübarək Əli, çox əziz olan (hamıya) Əli mənasındadır.
Adın daşıyıcılarından geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, SSRİ Dövlət mükafatı laureatı, ictimai xadim, Türkmənistanın Əməkdar Elm və Texnika Xadimi Ələşrəf Əlizadə (1911-1980) Azərbaycanda, eləcə də keçmiş Sovet İttifaqında bir sıra neft yataqlarının açılmasında iştirak etmişdir. Çox sayda elmi əsərlərin, monoqrafiyaların müəllifdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuş alim ilk dəfə Türkmənistanda Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmişdir. İctimai xadim kimi SSRİ Ali Sovetinin deputatı seçilmiş, orden və medallarla təltif olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətialif sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Əlif sözü dilimizdə ülfət bağlayan, dost, yoldaş anlamlarını ifadə edir; 2. Ərəb əlibasında ilk hərf də əlif adlanır; 3. Bu hərfin (əlif) biçiminə görə incə, uzun, düppədüz mənaları da vardır. Klassik ədəbiyyatda “əlif qədd” (düz qamət) kimi ifadələrə də tez-tez rast gəlinir; 4. Əbcəd hesabında əlif/elif bir sayını bildirir. Əlif kişi adı dost olan, ülfət edən anlamlarını ifadə edir.
XX əsrin 70-ci illərindən sonra məişətimizdə dəbdən düşmüş şəxs adlarındandır. Türkiyə türkcəsində də Elif formasında olub, qadın adıdır. Adın məşhur daşıyıcıları arasında Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Əlif Hacıyev (1953-1992) I Qarabağ müharibəsinin ən ağır günlərində azğınlaşmış düşmənə qarşı amansız döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərən döyüşçülərimizdən olmuşdur. 1990-cı ildə ali təhsilli polis işçisi kimi Xocalı şəhər aeroportunun xətt daxili işlər bölməsinə rəis təyin olunmuş Əlif Hacıyev 1992-ci il fevral ayının 25-dən Xocalının məruz qaldığı dəhşətlərdə dinc əhalini Ağdamın Şelli kəndinə çıxarmağa müvəffəq olur. Lakin düşmənin mövqelərinin daha da möhkəmlənməsinin qarşısını almaq məqsədilə Əlif Hacıyev aeroporta birtəhər daxil olaraq partlatmağa müvəffəq olur, lakin özü də həlak olur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əlif adı və azərb. arxaikləşmiş ağa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əlifağa (bax: ad – ƏLİF; AĞA) kişi adı Əlif ağa anlamını ifadə edir. Adın təhrif olunmuş forması Əlfağa da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əli və Heydər adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Əliheydər (bax: ad – ƏLİ; HEYDƏR) kişi adı Həzrət Əlinin adı ilə ləqəbinin (Heydər) birləşməsindən yaranıb, cəsur Əli, şir kimi, aslan kimi qüvvətli Əli anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Əlheydər də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti