Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏSGƏR ərəb.

asgar sözündəndir. Adətən Əsgər sözünün iki mənası göstərilir: 1) hərbi xidmətdə olan adam, dövlətin və ölkənin mühafizəsi ilə əlaqədar olaraq orduda xidmət edənlər; 2) balaca, kiçik.

Müasir Azərbaycan dilində əsgər, sıravi hərbi qulluqçu, hərbi xidmətdə olan, vətən qarşısında hərbi borcunu ödəyən şəxs, rütbəsiz hərbi qulluqçu anlamlarındadır. Eləcə də hərbi xidmətçi, qoşun, silahlı dəstə içində xidmət edən, orduya mənsub, yeni xidmətə çağırılmış adam mənaları da vardır. Mənbələrdə Əsgər antroponiminin ilkin mərhələdə Əsğər biçimində olması, kiçik mənasını ifadə etdiyi, sonradan dilçilikdə kontaminasiya adlanan hadisə nəticəsində Əsğər®Əsgər əvəzlənməsinin baş verməsi barədə məlumatlara da rast gəlinir. Bu gün Əsgər adı Azərbaycanda olduğu kimi, türk dünyasında da (bəzən Asker şəklində) geniş yayılmış antroponimlərdən hesab edilir. Dilimizin şəxs adları sistemində tərkibində Əsgər adının iştitak etdiyi mürəkkəb kişi adları da mövcuddur. Azərbaycan ərazisində Əsgər ad ilə əlaqədar toponimlər də kifayət qədərdir. Məsələn, Əsgərabad, Əsgərbəyli, Əsgəran və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti