mürəkkəb adların tərkibində işlənən Əli adı və azərb. can sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Mənbələrdə Əlican şəxs adı XII əsrdə monqolların yürüşündə iştirak etmiş elcikin tayfa adının təhrif olunmuş formasından olması barədə məlumatlara rast gəlinir. Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında Can müstəqil şəxs adı kimi mövcud olmasa da, türk xalqlarının antroponimik vahidlər sistemində tərkibində can sözünün iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adı mövcuddur. Məişətimizdə bu yolla düzəlmiş həm kişi, həm də qadın adları geniş yayılmışdır. Məsələn, Canmirzə (bax: ad – CANMİRZƏ), Canbaxış (bax: ad – CAN- BAXIŞ), Gülcan (bax: ad – GÜLCAN), Elcan (bax: ad – ELCAN),Selcan (bax: ad – SELCAN), Gülcan (bax: ad – GÜLCAN) və s. Can komponentinin əzizləmə məzmunu yaratdığını da nəzərə alaraq deyə bilərik ki, Əlican (bax: ad – ƏLİ; CAN) kişi adı hər kəsin canı qədər sevdiyi Əli, candan sevilən Əlidir. Adın təhrif olunmuş forması Əlcan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Əlcan şəxs adı ilə əlaqədar Azərbaycanın Oğuz, Şəki, Yevlax ərazilərindən keçən, Kürün sol qolu Əlican (qədim adı Avant olmuşdur) çayı Qafqaz silsiləsinin cənub yamacından başlanır. Sabirabad rayonunda Əlicanlı adlı kənd yerləşir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti