Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAN fars.

can sözü müasir Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Can, ruh, ürək, könül; 2. Həyat, varlıq, yaşayış; 3. Güc, qüvvət, qüdrət; 4. Sağlamlıq; 5. Sevgili, əziz, səmimi; 6. Təriqət və məzhəbə görə qardaş, mürid; 7. Dini etiqada görə, ölümlə vücuddan ayrılan qeyri-maddi varlıq, ruh; 8. Tab, taqət, hey; 9. Bədən; 10. Adam, insan, fərd. Məcazi mənada bir şeyin əsası, mahiyyəti, məğzi deməkdir.

Azərbaycan antroponimikasında Can müstəqil şəxs adı kimi mövcud olmasa da, kifayət qədər mürəkkəb adın tərkibində komponent kimi çıxış edir. Məsələn, Canfəda (bax: ad – CANFƏDA), Canbaxış (bax: ad – CANBAXIŞ), Babacan (bax: ad – BABACAN), Əlican (bax: ad – ƏLİCAN) və s. Bu qəbildən olan şəxs adlarında can əsasən ruh, adam, könül, sağlamlıq, varlıq, fərd mənalarındadır. Bəzi mənbələrdə göstərilir ki, “can” sözü “kan, qan, kaan, xan” sözünün fonetik forması olub, yaranmış, yüksək, hörmətli, şöhrət sahibi, şöhrətli mənasındadır. M.Seyidov “can” sözünü “qan” sözünün fonetik dəyişmiş forması hesab edərək “ata”, “hakim” anlamında olduğunu qeyd edir Azərbaycan dilində can sözü ilə bağlı deyimlər çoxdur. Burada da can sözü müxtəlif anlamları ifadə edir. Məsələn, taqət, hey, sağlamlıq anlamında: Vallah, artıq canım da qalmamıç; yaxud Canım aldan getmiçdir; həyat, varlıq anlamında: Sana göra canımı da veraram; San manim canımsan; ruh, könül, ürək anlamında: Canında tanballik var; Kimsaya canı yanmır və s. Məcazi mənada: Sözümün canı budur ki..., Çatin bir çey yoxdur, canını almıçam və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti