Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİHEYDƏR ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli və Heydər adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Əliheydər (bax: ad – ƏLİ; HEYDƏR) kişi adı Həzrət Əlinin adı ilə ləqəbinin (Heydər) birləşməsindən yaranıb, cəsur Əli, şir kimi, aslan kimi qüvvətli Əli anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Əlheydər də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti