mürəkkəb adların tərkibində işlənən Əli adı və azərb. arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. İslam dini ilə, Həzrət Əli ilə əlaqədar şəxs adlarındandır.
Əlibəy (bax: ad – ƏLİ; BƏY) üstün, bəy Əli anlamını ifadə edir. Adın məşhur daşıyıcılarından biri də XX əsrin əvvəllərində ziyalı şəxsiyyətlərimizdən olan yazıçı, mütəfəkkir, jurnalist, həkim, tərcüməçi, müəllim, ictimai xadim Əli bəy Hüseynzadədir (1864-1940). Tiflisdə təhsil almış Əli bəy Peterburq Universitetinin Fizika və Təbiyyat fakültələrində Mendeleyev və Vaqner kimi alimlərdən dərs almış, eyni zamanda Şərq fakültəsində dinləyici olmuşdur. Ana dilindən əlavə rus, fransız, ərəb, fars dillərini mükəmməl bildiyindən dünya klassiklərinin əksəriyyətinin əsərlərini orijinalda oxumuşdur. Dilimizə tərcümələri də məlumdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti