mürəkkəb adların tərkibində işlənən Əli və Əçraf adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliəşrəf adı bu gün Ələşrəf formasındadır. Ələşrəf (bax: ad – ƏLİ; ƏŞRƏF) kişi adı şərəfli Əli, mübarək Əli, çox əziz olan (hamıya) Əli mənasındadır.
Adın daşıyıcılarından geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, SSRİ Dövlət mükafatı laureatı, ictimai xadim, Türkmənistanın Əməkdar Elm və Texnika Xadimi Ələşrəf Əlizadə (1911-1980) Azərbaycanda, eləcə də keçmiş Sovet İttifaqında bir sıra neft yataqlarının açılmasında iştirak etmişdir. Çox sayda elmi əsərlərin, monoqrafiyaların müəllifdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuş alim ilk dəfə Türkmənistanda Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmişdir. İctimai xadim kimi SSRİ Ali Sovetinin deputatı seçilmiş, orden və medallarla təltif olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti