Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SELCAN

ərəb. sel və fars. mürəkkəb adların tərkibində işlənən can sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Selcan (bax: – SEL; CAN) qadın adı sel ruhlu, coşqun, sel kimi qarşıdan keçib gedən gözəl xanım anlamındadır. Türk məişətində mövcud qədim şəxs adlarındandır. Məlum olduğu kimi, hələ erkən dövrlərə aid “Kitabi-Dədə Qorqud” dastanlarında – “Qanlı Qoca oğlı Qanturalı boyu”nda Selcan adına rast gəlirik. Dastanda Selcan əsas qəhrəmanlarından birinin, Trabzon təkurunun qızı, Qanturalının nişanlısı, geydiyi paltarın rənginə görə “sarı donlu” adlandırılan, yeri gələndə sevgilisini xilas etmək üçün döyüşə girən Selcan xatunun adıdır. Türk dünyasında bu gün də geniş yayılmış qadın adıdır. Məişətimizə XX əsrin 90-cı illərindən daxil olmuş Selcan qadın adı bu gün də dəbdə olan şəxs adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti