dağ sözündəndir. Məlum olduğu kimi, dağ sözünü eşidərkən dilimizdə bu sözlə bağlı ağlımıza ilk olaraq ululuq, müdriklik, əzəmətlilik və s. kimi xüsusiyyətlər gəlir. Dağ sözünün dilimizdə bir neçə mənası vardır: 1. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi; 2. Yaylaq, dağüstü düzənlik, uca, yer, dağlıq yer; 3. mac. Çox möhkəm, sarsılmaz bir şey haqqında; 4. Çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman kimi qoşması ilə birlikdə işlənir). Fars dilində dağ sözü damğa, qızdırılmış dəmirlə qoyulmuş iz, həmçinin qaynamaqda olan, qaynar mənasındadır.
Maraqlıdır ki, dağ sözünün fars dilində ifadə etdiyi mənalar dilimizdə də tamamilə eynidir. Məsələn, kiminsa alina dağ basmaq (qız- dırılmış dəmirlə iz qoymaq), ürayima yaman dağ basdı (dərd mənasında) kimi ifadələr dilimizdə çox işlənir. Qədim türklərdə Dağ antroponiminə rast gəlinir. Oğuz kağanın oğlanlarından birinin adı Dağ/Tağ olmuşdur. Dağ mürəkkəb şəxs adlarının tərkibində də işlənir. Məsələn, Dağlar, Dağbəyi və s. Həmçinin müasir Azərbaycan antroponimikasında mövcud mürəkkəb şəxs adlarının tərkibində işlənən dağ türklərin əski çağlardan tapındığı, inam yeri olmuş varlıqdır. Həm də məişətimizdə dağ adlarından yaranmış şəxs adları da geniş yayılmışdır. Məsələn, Elbrus (bax: ad – ELB- RUS), Alp (bax: ad – ALP), Qoşqar (bax: ad – QOŞQAR) və s. Burada dağın əski çağlardan xalqımızın tapındığı, inam yeri olduğu varlıqlardan biri olduğu da nəzərə alınmalıdır. Onomastik vahidlərdə rast gəlinən Dağ sözün həqiqi mənası ilə əlaqədar olmayıb, əzəmətli, sarsılmaz, çox möhkəm, çoxluq, böyüklük, ululuq, intəhasızlıq, eləcə də ağırlıq, qəm, kədər, dərd, qüssə kimi məcazi mənalar ifadə edir. Dilimizdə Dağ kimi kiçi birdan-bira alimizdan getdi; Arxasında dağ kimi dayanmıçam; Onun ürayinda o boyda dağ var, na etsin və s. kimi dağ sözünün məcazi mənada işləndiyi ümumişlək ifadələr də mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən dağ sözü və arxaikləşmiş bay (III şəxs məns. ş.) titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dağbəyi (bax: – DAĞ; BƏY) kişi adı yay fəslində dağa, yaylağa köçən köçərilərin inzibati işlərini idarə edən hökumət nümayəndəsi, səlahiyyətli məmur anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidamad sözünün dilimizdə təhrif olunmuş şəklindən yaranmış Damad kişi adı qızın əri, kürəkən, giyov anlamlarını ifadə edir.
Bəzi mənbələrdə farslarda vaxtilə şahzadə qızların ərinə verilən ad olması barədə məlumatlara da rast gəlinir. Məişətimizdə Daməd kişi adına hələ rast gəlinsə də, müasir Azərbaycan dilində damad sözünü əvəz edən kürəkən sözü işlənir. Adın təhrif olunmuş forması Damət də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidaniil sözündəndir. Qədim yəhudi dilində danil Tanrının elçisi, Tanrı tərəfindən göndərilən, Tanrının payı mənasındadır. Azərbaycanda XX əsrin qırxıncı illərinə qədər oğlan övladlarına verilən adlardandır. Bu gün Danil adını daşıyanlar əsasən yaşlı nəslin nümayəndələridir. Cənubi Qafqazın digər iki respublikasında da mövcud kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidar (dar əslində daştən–malik olmaq feilinin köküdür) şəkilçisi bəzi isimlərin sonuna qoşularaq onlara müxtəlif mənalar verə bilir.
Müasir Azərbaycan dilində tərkibində -dar şəkilçisinin işləndiyi kifayət qədər söz mövcuddur. Məsələn, evdar, əməkdar, yetimdar, mülkədar, məhsuldar və s. Dilimizin antroponimik vahidlər sistemində də bu şəkilçinin köməyi ilə düzəlmiş şəxs adlarına rast gəlinir. Ad yaradıcılığında iştirak edən şəkilçilərdən biri kimi antroponimlərdə işlənən -dar şə- kilçisi şəxs adlarına qoşulur, müxtəlif mənalar iafadə edir. Azərbaycan antroponimikasında bu yolla düzələn həm kişi, həm də qadın adları mövcuddur. Məsələn, Aləmdar (bax: ad – ALƏM- DAR), Ələmdar (bax: ad – ƏLƏMDAR), Vəfadar (bax: ad – ALƏMDAR), Cahandar (bax: ad – CAHANDAR), Səfadar (bax: ad – SƏFADAR), Dildar (bax: ad – DİLDAR) və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətidastan Azərbaycan şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə mövzularda olan ən irihəcmli janrdır. Dastan həm də danışmaq, nağıl eləmək, dastan yazmaq, hekayə yazmaq, həmçinin tarixi hadisələrdən və ya şəxsiyyətlərdən bəhs edən irihəcmli əsər, poema, eləcə də hekayə, əfsanə, nağıl, sərgüzəşt anlamlarını ifadə edir.
Bu gün danışıqda dastan açmaq, dastan qoçmaq, dastan bağlamaq (kiminsə barə- sində) və s. kimi kifayət qədər ümumişlək ifadələr də mövcuddur. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Dastan yaxşı əməlləriylə dillərdə dastan olma, yəni məşhur olma, dillərə düşən birisi olma anlamlarındadır, başqa sözlə, alqış məzmunu ifadə edən adlar sırasındadır. Azərbaycanda bu ada ən çox aşıq yaradıcılığına marağın nisbətən çox olduğu qərb bölgəsində rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətidaş sözü bir neçə mənada işlənir: a) Təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim (süxur); b) Daşdan düzəldilmiş, daşdan tikilmiş, daşdan hörülmüş, daşdan yonulmuş; c) Bəzək üçün işlədilən füruzə, yaqut, almaz, brilyant və s. verilən ümumi ad, həmçinin daş-qaş və s. Daş sözünün dilimizdə rəhmsizlik, mərhəmətsizlik, amansızlıq, çox sərtlik, hissizlik və s. kimi məcazi mənaları da mövcuddur.
Erkən dövrlərdə türklərin daşa tapınması, inamları haqqında kifayət qədər məlumat mövcuddur. Məlum olduğu kimi, ibtidai insanın əsas qayğılarından biri özünü qorumaq və yaşamaq üçün yemək əldə etmək olmuşdur. Bütün xalqlar kimi, qədim türklər də yemək axtarmağa gedərkən özlərinə bir ov aləti, silah düzəltmişlər. Daşı dəmirdən əvvəl görüb-tanıyan ulu babalarımız da heyvanı daşla ovlayıb, yeri gəldikdə özlərini də vəhşi təbiətdən, daha dəqiq, vəhşi heyvanların hücumundan daşla qorumaq məcburiyyətində qalmışlar. Bu, daşa inam yaradan əsas amillərdən olmuşdur. Qeyd etmək lazımdır ki, bu gün türk xalqlarının antroponimik vahidlər sistemində tərkibində daş (bəzən taş) sözünün iştirak etdiyi kifayət qədər kişi adları mövcuddur. Məsələn, Bektaş, Daşdəmir, Taşər, Taşqan, Taştəkin və s. Qədim türklərdə daşın hətta insan ruhunu daşımaq qabiliyyətinə malik olmasına dair çoxlu inam mövcuddur. İnsanlar arasında belə bir inam vardır ki, hər kəsin özünün daşı var. Bununla əlaqədar dilimizdə Daçım onların baçına düçüb; Manim daçım ağırdır; Man daçdan yaranmıçam; Onun daçı ağırdısa, öz baçına düçsün və s. kimi deyimlər, ifadələr, atalar sözləri bu gün də yaşayır. Qara daşın müqəddəsliyi ilə bağlı bir neçə xalq deyimi mövcuddur. Məsələn, keçmişdə arzu olunmayan adamın bir daha qayıtmaması üçün onun arxasınca qara daş atardılar. Daş atdıqda guya o adam bir daha geri qayıtmayacaqdı. Bu inanclar bu gün danışıqda Getsin, dalınca qara daç; Çıxan kimi arxasınca qara daç atmaq lazımdır ki, bir daha buralara qayıda bilmasin; Qara daç aparsın və s. kimi ifadələrdə də yaşamaqdadır. Ailələrdə nankor övlad barəsində San doğulunca bir qara daç doğulaydı; Qara daç sandan yaxçıdır və s. kimi deyimlər mövcuddur. Xalq arasındakı inama görə, qara daşların özlərinə məxsus xüsusiyyətləri vardır. Deyirlər ki, bu daşlar artıb çoxalmaq, doğmaq xüsusiyyətinə malikdir. Bəzi daşların 40-a qədər bala verdiyi söylənilir. Türklərin daşla əlaqədar inamlarına görə, insan daşa çevrilə bilər. Azərbaycanda daşa çevrilmiş insanlarla bağlı çoxlu rəvayət mövcuddur. Folklorumuzda da daşa çevrilmə motivinə rast gəlinir. İnanclara görə, insanın daşını çevirməklə onun xasiyyətini dəyişmək olur. Hətta dilimizdə bununla bağlı Ela bil daçı çevrilib ifadəsi də mövcuddur. İnanclara əsasən yalnız insanların deyil, hətta heyvanların daşını da çevirmək olar. Xü- susən durna qatarının səfi pozulanda deyirlər ki, kimsə daşlarını çevirib. Daşa inam, tapınma onun həm də sehrli qüvvəyə malik olması, onları qırarkən qığılcım verməsi ilə əlaqələndirilir. Belə daşlar “dəmir daş” adlanır. Bundan başqa, bir sıra qiymətli daşlardan bəzək əşyaları düzəldilir. Əqiq, zümrüd, firuzə və s. daşlar müxtəlif xəstəlikləri, nəzərdəyməni, düşmənin xətasını sovuşdura bilir. Göründüyü kimi, daşa inam daha qədim dövrlərlə səsləşməklə, genetik cəhətdən türklərlə bağlıdır. Daşa inam türk şəxs adları sistemində də özünü büruzə verir. Bu gün də türk xalqlarında tərkibində daş sözünün iştirak etdiyi kifayət qədər kişi adı məlumdur. Erkən dövrlərdə dilimizin antroponimik sistemində bu qəbildən olan şəxs adlarının sayı çox olsa da, bu gün azalmışdır. Daş sözünün işləndiyi kişi adlarında qədim türklərin daşa inamları öz ifadəsini tapmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətidaş və damir sözlərinin birləşməsindən, yəni iki sərt, möhkəm, bərk cismin adından əmələ gəlmiş mürəkkəb şəxs adıdır. Daşdəmir (bax: ad – DAŞ; DƏMİR) kişi adı möhkəm, sərt, iradəli, sözündə möhkəm olan anlamlarını ifadə edir.
Daşdəmir adının məişətimizdə geniş yayılmasında xalq ədəbiyyatımızda realist nağıl qəhrəmanlarından birinin, yalnız ağlına, dərrakəsinə güvənib şər qüvvələrin qarşısında aciz qalmayan, qalib gələn, nəticədə həqiqəti aşkara çıxarmağa müvəffəq olan qəhrəmanı Daşdəmirin də (“Daşdəmirin nağılı”) özünəməxsus rolu olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti