dar (dar əslində daştən–malik olmaq feilinin köküdür) şəkilçisi bəzi isimlərin sonuna qoşularaq onlara müxtəlif mənalar verə bilir.
Müasir Azərbaycan dilində tərkibində -dar şəkilçisinin işləndiyi kifayət qədər söz mövcuddur. Məsələn, evdar, əməkdar, yetimdar, mülkədar, məhsuldar və s. Dilimizin antroponimik vahidlər sistemində də bu şəkilçinin köməyi ilə düzəlmiş şəxs adlarına rast gəlinir. Ad yaradıcılığında iştirak edən şəkilçilərdən biri kimi antroponimlərdə işlənən -dar şə- kilçisi şəxs adlarına qoşulur, müxtəlif mənalar iafadə edir. Azərbaycan antroponimikasında bu yolla düzələn həm kişi, həm də qadın adları mövcuddur. Məsələn, Aləmdar (bax: ad – ALƏM- DAR), Ələmdar (bax: ad – ƏLƏMDAR), Vəfadar (bax: ad – ALƏMDAR), Cahandar (bax: ad – CAHANDAR), Səfadar (bax: ad – SƏFADAR), Dildar (bax: ad – DİLDAR) və s.
Azərbaycan şəxs adlarının izahlı lüğəti