Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DADAŞ azərb.

dadaş sözü uzun müddət “böyük qardaş” sözünün sinonimi kimi işlənmişdir. Hətta hörmət əlaməti olaraq özündən böyüyə müraciətlə “bəydadaş” (bəzən toy məclislərində bəyə də belə müraciət edilmişdir) da deyilmişdir.

Dadaş bu gün də bəzi bölgələrdə ailədə kiçik bacı-qardaşların böyük qardaşlarına hörmət, ehtiram əlaməti olaraq işlətdikləri müraciət formasıdır. Elə bölgələrimiz vardır ki, orada ataya da dadaş deyə müraciət edilir. Müəyyən mənbələrdə bu sözü dadaç sözü ilə əlaqələndirməyə cəhdlərə təsadüf edilir. Saitlərin incədən qalına keçməsi əsas gətirilərək Dadaş adının yaranması Balaş, Əliş və s. adların yaranması ilə eyniləşdirilir. Dadaş kişi adı Azərbaycan antroponimikasında hörmət, yaxud mehribanlıq məqsədilə özündən yaşca böyüklərə müraciət formasından yaranmış şəxs adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti